Azerbaijani Quran | Quran Oxu

Chapter 1 (Sura 1)
1; Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2; Həmd olsun aləmlərin Rəbbi Allaha,
3; Mərhəmətli və Rəhmliyə,
4; Haqq-hesab gününün Hökmdarına!
5; Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6; Bizi doğru yola yönəlt –
7; nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!

Pages ( 1 of 114 ): 1 23 ... 114Next »